Hitrou hava limanı AZAL-a həsr olunmuş paylaşım edib

Hitrou hava limanı AZAL-a həsr olunmuş paylaşım edib
# 21 may 2024 15:29 (UTC +04:00)

Londonun ən böyük beynəlxalq aeroportu olan Hitrou hava limanı özünün "Facebook" səhifəsində "Azərbaycan Hava Yolları" aviaşirkətinə (AZAL) həsr olunmuş paylaşım edib.

"APA-Economics" bu barədə Hitrou hava limanının "Facebook" səhifəsinə istinadən xəbər verir.

"Azərbaycan Qərb və Şərq koloritlərinin ahəngi sayəsində unikal və füsunkar ölkədir, burada öyrəniləsi çox şey var və AZAL sizin bələdçiniz olmağa hazırdır", - paylaşımda deyilir.

Qeyd olunub ki, Hitroudan qalxan üç birbaşa reys sayəsində AZAL-ın səmərəlilik, rahatlıq və komfortun ideal vəhdətini əks etdirən biznes klas uçuşları ilə "787-8" təyyarəsində rahat səyahət edə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR