İtaliyanın Azərbaycandakı səfirliyində vizaların verilməsi prosedurunda dəyişikliklər olub

 İtaliyanın Azərbaycandakı səfirliyində vizaların verilməsi prosedurunda dəyişikliklər olub
# 23 iyul 2014 13:43 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova-APA. İtaliyanın Azərbaycandakı səfirliyində vizaların verilməsi prosedurunda dəyişikliklər olub.

Səfirlikdən APA-ya verilən məlumata görə, iyulun 28-dən etibarən viza almaq istəyən vətəndaşlar pasportları İtaliya səfirliyinin viza şöbəsinə təqdim etməyəcəklər.

Bu işlə “Visametric Azerbaijan” şirkəti məşğul olacaq. Şirkət vətəndaşları lazım olan sənədlərin yığılması ilə bağlı məlumatlandıracaq.

Əlavə məlumatı www.visametric.az saytından və 012 5054350 nömrəli telefona zəng vurmaqla əldə etmək mümkün olacaq.

Pasportlar Bakı şəhəri, Səbail rayonu, M.Lermontov küçəsi 113/117 ünvanında yerləşən viza mərkəzində qəbul olunacaq. Diplomatların və rəsmi şəxslərin pasportları isə əvvəlki kimi İtaliya səfirliyinin viza şöbəsində qəbul ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR