Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 25 Avqust - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 25 Avqust - <span style="color: red;">VİDEO
# 25 avqust 2014 17:05 (UTC +04:00)

Və Türkiyə qondarma “erməni soyqırımı”nın 100 illiyinə yeni prezidentlə gedir. 100 illikdə Türkiyə hökumətinin başında indiyədək ölkənin xarici siyasətinə məsul olan şəxs dayanacaq. Suriya və İraq Türkiyə xarici siyasətinin hər nə qədər bir nömrəli məsələsi kimi qələmə verilməyə çalışılsa da, Ankara üçün hər zaman erməni məsələsi bir nömrə olub və olacaq. Ölkənin xarici siyasət kursu faktiki olaraq “erməni soyqırımı”nın satellitinə çevrilib və bu iftira kampaniyasının cazibə gücünə bağlı dövr edir. Bu səbəbdən Türkiyənin xarici siyasəti ilə bağlı hər hansı addım analiz olunan zaman mütləq bu addımın Türkiyə-Ermənistan münasibətləri ilə bağlılığı araşdırılmalıdır. Başqa sözlə desək, istəsək də, istəməsək də, Ankara erməni məsələsinin cazibəsindən qurtula bilmir. Bu təkcə qondarma “soyqırımın” 100 illiyinin yaxınlaşması ilə bağlı deyil, bu, həm də Türkiyə xarici siyasətinə sərf edir. Çünki Ankara bu müstəvidə özünü daha rahat, daha üstün, daha əlverişli durumda hiss edir. Çünki Ankaranın xarici siyasətində “erməni soyqırımı” iddialarının əsassız olduğunu isbatlamaq qədər asan iş yoxdur. Bu isbatlama qondarma soyqırımı iddialarının dünya parlamentləri tərəfindən tanınmasının qarşısını almaqda nə qədər təsirlidir, bu artıq başqa mövzunun söhbətidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR