Ermənistanda ekoloji fəallarla polis arasında toqquşma baş verib

Ermənistanda ekoloji fəallarla polis arasında toqquşma baş verib
# 30 oktyabr 2014 12:46 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Ermənistan paytaxtında ekoloji aktivistlərlə polis arasında toqquşma baş verib. APA-nın “News.am”a istinadən verdiyi məlumata görə, “Erməni təbiəti mühafizə dəstəsi” adlı təşkilat bir qrup ekoloji aktivistlə birlikdə İrəvandakı “Hyatt Palace” otelinin qarşısına toplaşıb. Həmin oteldə beynəlxalq ekspertlərlə birlikdə Amulsar qızıl yatağının istismarı müzakirə olunur və fəallar içəri keçərək müzakirədə iştirak etməyə çalışıblar. Lakin otelin önündəki polis kordonu onların qarşısını kəsib və aksiya dağıdılıb. Polis və etirazçılar arasında qarşıdurmanın yarandığı bildirilir.

Qeyd edək ki, Cermuk şəhərinin 13 kilometrliyində, Arpaçay və Vorotan (Bərgüşad) çayları arasında yerləşən Amulsar yatağı 32 milyon ton filiz və 40 ton təmiz qızıl ehtiyatı ilə Ermənistanda ən böyük qızıl yataqlarından hesab olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR