Gəncədə Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə  şöbəsi əsaslı təmir olunaraq istifadəyə verilib

Gəncədə Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə  şöbəsi əsaslı təmir olunaraq istifadəyə verilib
# 17 oktyabr 2014 15:49 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Yaponiya hökumətinin "Ot kökləri və insan təhlükəsizliyi" proqramı çərçivəsində Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsi əsaslı təmir olunaraq istifadəyə verilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, təmir işləri Yaponiya hökumətinin maliyyə dəstəyi ilə "Gənc liderlər" Təhsil, Təlim və İnkişaf İctimai Birliyi tərəfindən həyata keçirilib. Şöbənin açılış mərasimində Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi, Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Zeynalov, ictimaiyyət nümayəndələri, səhiyyə işçiləri, ziyalılar iştirak edib. Cərrahiyə şöbəsinin 40 yerlik 12 otağı müasir standartlar səviyyəsində yenidən qurulub, Səhiyyə Nazirliyi tərəfindən ən müasir tibbi aparat və avadanlıqlarla təmin olunub.

Qeyd edək ki, bu, Yaponiya səfirliyinin Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında həyata keçirdiyi üçüncü layihədir. Bundan əvvəl Yaponiya hökumətinin maliyyə dəstəyi ilə, 2008-ci ildə xəstəxananın Reanimasiya şöbəsi, 2012-ci ildə Travmatologiya şöbəsi təmir edilib, həmçinin Samux rayonun Qırmızı Samux kəndində kənd tibb məntəqəsi yenidən inşa edilib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanası Gəncə ilə yanaşı, ətraf 9 rayonunun sakinlərinə də xidmət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR