Azərbaycan ərazisində sabit hava şəraiti davam edəcək - VİDEO

Azərbaycan ərazisində sabit hava şəraiti davam edəcək - <span style="color: red;">VİDEO
# 11 mart 2015 09:52 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Martın 12-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 3-5, gündüz 8-13 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR