Roland Kobia istintaq təcridxanasında İlqar Məmmədovla görüşüb

Roland Kobia istintaq təcridxanasında İlqar Məmmədovla görüşüb
# 04 aprel 2013 16:04 (UTC +04:00)

Bakı - APA. Bu gün Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia Kürdəxanı İstintaq Təcridxanasında REAL (Respublikaçı Alternativ) Hərəkatının sədri İlqar Məmmədovla görüşüb. REAL-dan APA-ya verilən məlumata görə, görüşdə səfir İ. Məmmədovun saxlanma şəraiti, sağlamlığı ilə maraqlanıb. Görüş təqribən 1,5 saat çəkib və müxtəlif məsələlər müzakirə olunub.

Təşkilatdan o da bildirilib ki, R. Kobia bir neçə dəfə rəsmi dövlət qurumlarına müraciət etdikdən sonra bu gün onun İ. Məmmədovla görüşünə icazə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR