Allahşükür Paşazadə Polşanın yeni səfiri ilə görüşüb

Allahşükür Paşazadə Polşanın yeni səfiri ilə görüşüb
# 05 may 2015 15:10 (UTC +04:00)

Bakı - APA. Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Polşanın Azərbaycana yeni təyin olunmuş səfiri Marek Tsalkanı qəbul edib.

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, A. Paşazadə görüşdə ölkəmizdə milli-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində görülən işlər, multikultural həyat tərzinin bütün dünya üçün nümunə olan modeli barədə məlumat verib.

Qafqazın tarixi dini mərkəzi olan QMİ-nin dinlərarası dialoq və əməkdaşlıq təcrübəsindən, dünyanın aparıcı dini mərkəzləri, o cümlədən Vatikanla dini-mənəvi əlaqələrindən bəhs edən A. Paşazadə təşəbbüsü sayəsində 2010-cu ildə keçirilmiş Dini Liderlərin Ümumdünya Bakı Sammiti və bu yaxınlarda AMEA ilə birgə keçirilən “İslam maarifçiliyi və müasir dövr” mövzusunda Beynəlxalq Konfrans barədə danışıb.

M. Tsalka isə təmsil etdiyi ölkə ilə Azərbaycan arasında bütün sahələrdə olduğu kimi mədəni-mənəvi sahədə də əlaqələrin inkişaf etdirilməsi yönündə səylərə dəstək olacağını bildirib.

Görüşün sonunda M. Tsalkaya xatirə hədiyyəsi təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR