Alman jurnalistlər AzərTAcda olublar - FOTO

Alman jurnalistlər AzərTAcda olublar - <span style="color: red;">FOTO
# 19 noyabr 2014 13:32 (UTC +04:00)

APA-nın məlumatına görə, bu sözlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəvəti ilə ölkəmizdə səfərdə olan Almaniya jurnalistləri Birgit Vetsel və David Qoesmanın AzərTAc-ın baş direktoru Aslan Aslanovla keçirilən görüşündə səsləndirilib.

Görüşdə qeyd olunub ki, AzərTAc Almaniyanın Deutsche Presse-Agentur (DPA) agentliyi ilə həm ikitərəfli formatda, həm də Avropa Xəbər Agentlikləri Alyansı tərkibində əməkdaşlıq edir, bu media qurumları arasında qarşılıqlı informasiya və təcrübə mübadiləsi aparılır. Görüşdə AzərTAc-ın Almaniya jurnalistləri ilə də Azərbaycan həqiqətlərinin Almaniya cəmiyyətinə çatdırılması istiqamətində əməkdaşlıq etməyə hazır olduğu vurğulanıb.

Cənubi Qafqaz üzrə ekspert xanım Birgit Vetsel görüşdə Azərbaycan reallıqlarının Almaniyada daha geniş yayılmasının vacib məqam olduğunu deyib. O, tədqiqatlarının Azərbaycanı yaxından tanıtmaq istiqamətində apardığını qeyd edib. Görüşdə Almaniya mətbuatında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin işıqlandırılması ilə bağlı keçirilən araşdırmalar haqqında məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Almaniyanın Humboldt Universitetində həyata keçirilən layihə çərçivəsində “Frankfurter Allgemeine”, “Neues deutschland” qəzetlərində, “Der Spiegel” və “Die Zeit” jurnallarında 20 il ərzində Dağlıq Qarabağ mövzusunda dərc edilən materiallar toplanaraq təhlil edilib. Tərəflər bu araşdırmaların ölkəmiz haqqında obyektiv məlumatların yayılmasında düzgün istiqamət verəcəyinə əminlik ifadə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR