Georgi Pırvanov: “Azərbaycan Bolqarıstanın Qafqaz siyasətində açar ölkəyə çevrilib”

Georgi Pırvanov: “Azərbaycan Bolqarıstanın Qafqaz siyasətində açar ölkəyə çevrilib”
# 23 aprel 2013 12:48 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva - APA. Azərbaycan Bolqarıstanın Qafqaz siyasətində açar ölkəyə çevrilib. APA-nın Bolqarıstan mətbuatına istinadən xəbərinə görə, bunu Sofiyada Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən konfransda Bolqarıstanın keçmiş prezidenti Georgi Pırvanov bildirib.

Onun sözlərinə görə, 1995-ci ildə Heydər Əliyevin Bolqarıstana səfərindən sonra Azərbaycan Bolqarıstanın Qafqaz siyasətində açar ölkəyə çevrilib: “Bu səfər açıq və faydalı dialoq ənənəsi qurmağa imkan verdi. İkitərəfli münasibətlərin hüquqi sistemi yaradıldı”.

G.Pırvanov deyib ki, iki ölkə arasında münasibətlərin böyük potensialı var: “Kənd təsərrüfatı, telekommunikasiya və neft-kimya sahələrində əlaqələrimizi daha da dərinləşdirə bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR