“TurAz Qartalı - 2015” təlimlərində iştirak edəcək Türkiyə HHQ-nin mühəndis-texniki heyəti Azərbaycandadır

“TurAz Qartalı - 2015” təlimlərində iştirak edəcək Türkiyə HHQ-nin mühəndis-texniki heyəti Azərbaycandadır
# 24 avqust 2015 09:40 (UTC +04:00)

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, hazırda birgə təlimlərin aktiv fazasının keçirilməsinə hazırlıq məqsədilə heyətlərin toplanması, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar fəaliyyətlər həyata keçirilir.

Qeyd edək ki, birgə təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 30-dan artıq aviasiya vasitəsi, o cümlədən MiQ-29, F-16 qırıcı, Su-25 hücum, F-4E bombardmançı, C-130 Herkules hərbi-nəqliyyat təyyarələri, Mi-35 döyüş, Mi-17 və Sikorski UH-60 döyüş-nəqliyyat, Cougar AS532 axtarış-xilasetmə helikopterləri iştirak edəcəklər.

Təlimlər sentyabrın 18-dək davam edəcək.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR