Masazırda naməlum avtomobil iki nəfəri vurub

Masazırda naməlum avtomobil iki nəfəri vurub
# 22 iyul 2014 12:00 (UTC +04:00)

Bakı. Şirin Abbasov - APA. Abşeronda yolu keçən iki nəfəri avtomobil vurub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 21-i saat 23 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində müəyyən edilməyən avtomobil yolu keçən qəsəbə sakinləri Gülnarə Zeynalova və Fəqan Əhmədovu vurub.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR