Azərbaycanda illik inflyasiya 0,8%-ə düşüb

Azərbaycanda illik inflyasiya 0,8%-ə düşüb
# 15 fevral 2013 13:44 (UTC +04:00)

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin yanvar ayında 2012-ci ilin yanvarına nisbətən istehlak mallarının qiymətləri və xidmət tarifləri 0,8%, o cümlədən qeyri-ərzaq mallarının qiymətləri 0,5%, xidmət tarifləri 3,4% artıb, ərzaq məhsullarının qiymətləri isə 0,6% enib: «Yanvar ayında ərzaq məhsullarından toyuq ətinin, kərə yağının, qatığın, pendirin, şəkər tozunun, qəndin, düyünün və s. qiymətləri ucuzlaşıb. Qeyri-ərzaq mallarından isə yağlı boyaların, taxta-şalbanın, tikinti kərpicinin və s. qiymətləri aşağı düşüb».

Qeyd edək ki, 2012-ci ilin yanvar ayında Azərbaycanda inflyasiyanın səviyyəsi 4,8% təşkil edib. Bu il üçün isə ölkədə inflyasiyanın 5,7% olacağı proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR