Ağdaş rayon sakini özünü asıb

Ağdaş rayon sakini özünü asıb
# 09 aprel 2013 09:27 (UTC +04:00)

Ağdaş. Zahid Abışov – APA. Ağdaş rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan APA-nın yerli bürosuna verilən məlumata görə, şəhər sakini, 1977-ci il təvəllüdlü Mehrəliyev Ramin Əvəz oğlu özünü yaşadığı evin çardağından asıb.

Hadisə ötən gecə saat 23 radələrində qeydə alınıb. Mərhumun ruhi xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR