Bank Of Baku

Hərb Tarixi Muzeyində Heydər Əliyevin 95 illiyi qeyd olunub

Hərb Tarixi Muzeyində Heydər Əliyevin 95 illiyi qeyd olunub
# 10 may 2018 16:36 (UTC +04:00)

Azərbaycan Hərb Tarixi Muzeyində Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev: dahi xilaskar və dövlət qurucusu” adlı tədbir keçirilib.

 

APA-nın xəbərinə görə, tədbirdə Müdafiə Nazirliyinin idarə və müəssisələri, hərbi məktəblər və hərbi hissələr, respublika veteran təşkilatları və ictimaiyyət nümayəndələri iştirak edib.

 

Tədbirdə AHTM-in rəisi, polkovnik Əzizağa Qənizadənin, Muzeyin tədqiqatçı-baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılovun, Şəxsi Heyət Baş İdarəsinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi polkovnik-leytenant Emin Səfərovun mövzu ilə bağlı məruzələri və tədbirdə iştirak edən qonaqların çıxışları dinlənilib, Azərbaycanın bütün sahələrində, xüsusilə ordu quruculuğu, sosial, iqtisadi-siyasi, dövlətçilik məsələlərində Heydər Əliyevin roluna dair müzakirələr aparılıb, mövzu ilə bağlı slayd, sənədli film və ulu öndərə həsr olunmuş sərgi nümayiş olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR