“DəmirTaksit” kart sahibləri mükafatlandırılıb - FOTO

“DəmirTaksit” kart sahibləri mükafatlandırılıb - <span style="color: red;">FOTO
# 29 aprel 2015 12:05 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “DəmirBank” mart ayı ərzində “DəmirTaksit”lə məbləğ olaraq ən çox nağdsız əməliyyat aparmış “DəmirTaksit” kart sahiblərini mükafatlandırıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, qalib olmuş “DəmirTaksit” kart sahiblərinə televizor, notebook, fotoaparat kimi hədiyyələr təqdim edilib.

Qeyd edək ki, manatla verilən “DəmirTaksit” kartı məhsul və ya xidmətin dəyərini hissələrə bölüb ödəmək imkanı verən kredit kartıdır. Bu kredit kartını Azərbaycanda və eləcə də, dünyanın 200-ə qədər ölkəsində fəaliyyət göstərən ticarət və xidmət mərkəzlərində, bankomatlarda, həmçinin internetdə məhsul və xidmətin dəyərini ödəmək məqsədi ilə istifadə etmək mümkündür. 35 mindən çox istifadəçisi olan “DəmirTaksit” kartları pulsuz təqdim edilir və kreditin rəsmiləşdirilməsi üçün komissiya haqqı tutulmur.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir. “DəmirBank” həmçinin “Fitch Ratings” beynəlxalq qiymətləndirmə agentliyinin “stabil”, “Planet Rating” agentliyinin isə “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

Bankla əlaqə saxlamaq üçün: (012) 149

www.demirbank.az

www.facebook.com/demirbank.az

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR