Azərbaycan baş nazirinin müavini: “Region ölkələri Kür və Araz çaylarının təmizlənməsi üçün lazımi tədbirlər görmürlər”

Azərbaycan baş nazirinin müavini: “Region ölkələri Kür və Araz çaylarının təmizlənməsi üçün lazımi tədbirlər görmürlər”
# 12 aprel 2013 08:50 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA. “Cənubi Qafqazda su ehtiyatlarının transsərhəd çirklənməsinin qarşısının alınması üçün region ölkələri tərəfindən konkret addımlar atılmır”. APA-nın məlumatına görə, bunu Azərbaycan baş nazirinin müavini Abid Şərifov bu gün Bakıda keçirilən Xəzər Beynəlxalq Su Texnologiyaları Forumunda çıxışında bildirib.

Onun sözlərinə görə, Kür və Araz çayları Azərbaycanın əsas su mənbələridir və bu çayların axınının 70%-nin Azərbaycan sərhədlərindən kənarda formalaşır.


A.Şərifov bildirib ki, bu amili nəzərə aldıqda, həmin çayların transsərhəd çirklənməsinin qarşısının alınması beynəlxalq əhəmiyyət kəsb edir: “Amma region ölkələri tərəfindən bununla bağlı konkret addımlar atılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR