Azərbaycanın Milli Atlasının ilkin variantı hazırlanıb

Azərbaycanın Milli Atlasının ilkin variantı hazırlanıb
# 15 fevral 2013 11:59 (UTC +04:00)

Bakı - APA-Economics. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Azərbaycanın Milli Atlasının ilkin variantını və “Cənubi Qafqaz. 1903-cü il” xəritəsini hazırlayıb.

APA-nın xəbərinə görə, komitənin sədri Qərib Məmmədov bildirib ki, Milli Atlasda 1600-dən artıq xəritə olacaq ki, bunlar da ölkəyə aid bütün məlumatları, onun ərazisi, infrastrukturu, iqtisadiyyatı və s. ilə bağlı informasiyaları özündə əks etdirəcək.

Artıq gələn həftə Atlasın ilkin variantı Nazirlər Kabinetində baş nazir Artur Rasizadənin başçılığı altında komissiyada müzakirə ediləcək. “Cənubi Qafqaz. 1903-cü il” xəritəsinin çap olunmasında məqsəd isə ermənilərin Qafqazda guya tarixən məskunlaşdığı barədə erməni tərəfinin yalanlarını üzə çıxartmaqdır: «Vaxtilə bu xəritə çar hökuməti tərəfindən tərtib edilib, onların isə ermənilərlə münasibətinin yaxşı olduğu məlumdur. Amma hətta bu xəritədə də erməni sözləri ilə adlandırılmış toponimlərə, dağ, çay, göl, yaşayış məntəqələri adlarına rast gəlinmir. Amma ermənilər hər yerə car çəkirlər ki, Cənubi Qafqaz onların evi olub və onlar aborigen millətdir. Əgər ermənilər burada yaşayıblarsa, necə olur ki, onların dilində heç bir toponim ada rast gəlmək olmur. Bu xəritə ilə biz onların yalanlarını puç edəcəyik. Xəritə ilə tanış olanlara aydın olacaq ki, ermənilər heç vaxt bu ərazilərdə tarixən yaşamayıblar. Ermənistanın Azərbaycanın əraziləri hesabına yaradılan bir dövlət olduğunu bütün dünyaya bu xəritə ilə bəyan edəcəyik».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR