Qətldə təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

 Qətldə təqsirləndirilən şəxsin şikayəti əsasında məhkəmə başlayıb
# 18 iyun 2016 10:09 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Şahlar Əliyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası iyulun 1-nə təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş. Əliyev 19 il müddətinə azadlıqdan məhrum edilib. O, Ayla Dəmirovanı qətlə yetirib. A. Dəmirova əvvəllər Dəmirov Hətəmpaşa Altay oğlu olub, lakin sonradan cinsini və adını dəyişdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR