Müdafiə Nazirliyi Məmməd Beydullayevə vəzifə verilməsi xəbərinə münasibət bildirib

Müdafiə Nazirliyi Məmməd Beydullayevə vəzifə verilməsi xəbərinə münasibət bildirib
# 18 may 2015 12:13 (UTC +04:00)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təqdimatına əsasən general-mayor Məmməd Beydullayev qanuna müvafiq olaraq ordu sıralarından tərxis olunub.

Nazirliyin mətbuat xidmətindən deyilib ki, o, hazırda həqiqi hərbi xidmətdə deyil.

Qeyd edək ki, hərbi ekspert Üzeyir Cəfərov "Facebook" sosial şəbəkəsində 2013-cü ilin oktyabr ayında ordu sıralarından ehtiyata göndərilmiş general mayor Məmməd Beydullayevə Naxçıvan Əlahiddə Ümumqoşun Ordu Birləşməsində mühüm vəzifə tapşırıldığı barədə məlumat yayıb.

Bəzi saytlar Üzeyir Cəfərova istinadən məlumatı tirajlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR