Almaniyadan Ukraynaya humanitar yardımla dolu 100 yük maşını yola düşüb

Almaniyadan Ukraynaya humanitar yardımla dolu 100 yük maşını yola düşüb
# 04 oktyabr 2014 20:49 (UTC +04:00)
Bakı-APA. Donbas əhalisi üçün nəzərdə tutulmuş humanitar yardımla dolu 100 yük maşını Almaniyadan Ukraynaya yola düşüb. APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Der Spiegel məlumat yayıb.

Məlumata görə, Ukraynaya göndərilən humanitar yardımın ümumi dəyəri 10 mln avro təşkil edir. Maşınlara yüklənmiş müxtəlif malların arasında həmçinin tikinti materiallar və qızdırıcı qurğuların da olduğu bildirilir. Maşın karvanının oktyabrın 8-də Polşa-Ukrayna sərhədinə çatacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR