BDU-da Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan tədbir keçirilib

BDU-da Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan tədbir keçirilib
# 03 may 2013 10:10 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bakı Dövlət Universitetində (BDU) Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. O bildirib ki, Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar keçirilən müxtəlif tədbirlərlə Azərbaycan xalqı dövlətçiliyin, milli-mənəvi dəyərlərin qorunub saxlanması, azərbaycançılığın güclənməsi, ölkənin inkişafı müstəvisində hesabatlar verirlər. Rektor deyib ki, Bakı Dövlət Universiteti də bu yubiley tədbirlərinə qoşularaq müxtəlif işlərlə hesabat verir: “Biz fəxr edirik ki, Heydər Əliyev Bakı Dövlət Universitetinin məzunu və fəxri doktoru olub. Bu gün Heydər Əliyevin siyasi kurs ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan xalqı və dövləti hər zaman bu siyasətə sadiq qalacaq”.

Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov isə çıxışında bildirib ki, bu günlərdə ölkənin hər bir yerində qeyd edilən Heydər Əliyevin yubiley tədbirlərinin hər biri onun xatirəsinə xalq tərəfindən verilən hörmət və etibarın bariz nümunəsi, Heydər Əliyevin ölkə, xalq qarşısında xidmətlərinin xalq tərəfindən etiraf olunmasının təcəssümüdür: “Bundan əlavə, bu tədbirləri ölkədə həyata keçirilən Heydər Əliyev siyasətinin Azərbaycan vətəndaşları tərəfindən dəstəklənməsi kimi qiymətləndirirəm. Bu da ümumxalq sevgi və məhəbbətin bariz nümunəsidir. Azərbaycanın müasir tarixi Heydər Əliyevin adı ilə bağlıdır”.

Tədbirin davamında Heydər Əliyevin 90 illik yubileyi münasibətilə kütləvi informasiya vasitələri nümayəndələri arasında keçirilən “BDU-nun dünya şöhrətli məzunu Heydər Əliyev” adlı müsabiqənin qalibləri mükafatlandırılıb. Qaliblərə mükafatları millət vəkilləri Əli Əhmədov, Fəttah Heydərov, Bəxtiyar Əliyev, Musa Qasımlı, Musa Quliyev və digər qonaqlar təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR