Azərbaycanın tektonik xəritəsi hazırlanıb

Azərbaycanın tektonik xəritəsi hazırlanıb
# 27 dekabr 2012 14:26 (UTC +04:00)

APA-nın xəbərinə görə, İnstitutun bu gün keçirilən illik hesabat iclasında çıxış edən Geologiya İnstitutunun direktoru Akif Əlizadə bildirib ki, aparılan işlər çərçivəsində Böyük Qafqazın Azərbaycan hissəsinə aid geoloji-geofiziki materiallar toplanılıb və sistemləşdirilib. Azərbaycanın tektonik xəritəsi ilə yanaşı, respublika ərazisinin tektonik rayonlaşdırma sxemi də tərtib edilib. Tədqiqatlar Avropa İttifaqı, Cənubi Qafqaz, Orta Şərq dövlətləri və Rusiya Federasiyasının iştirakı ilə “DARİUS 2009-2013” layihəsi üzrə aparılıb.

A. Əlizadə qeyd edib ki, İsveçrənin Milli Elm Fondunun 2009-2013-cü illər üçün SCORES proqramı çərçivəsində maliyyələşdirilən “Qafqazın tektonika” beynəlxalq layihə üzrə Cənubi Qafqaz, Rusiya və İsveçrənin mütəxəssislərinin iştirakı ilə layihənin Azərbaycan heyəti tərəfindən “Qafqazın tektonik xəritəsi”nin tərtib edilməsi üzrə işlər də sona çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR