Banqladeşdə şiə məscidində partlayışlar baş verib

Banqladeşdə şiə məscidində partlayışlar baş verib
# 24 oktyabr 2015 09:30 (UTC +04:00)

APA-nın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, partlayışlar nəticəsində bir nəfər ölüb, 100 nəfər xəsarət alıb.

Ölən 12 yaşlı oğlan uşağı olub.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

İlkin məlumatlara görə, naməlum şəxslər məscidin içərisinə azı 5 partlayıcı qurğu atıblar. Hələlik partlayışlara görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

Hüquq-mühafizə orqanları iki şübhəli şəxsi saxlayıblar.

Paytaxt polisinin nümayəndəsi Asaduzamn Mia hücumun ölkədə qarışıqlıq yaratmaq məqsədilə törədildiyini bəyan edib: “Bu, sabotajdır. Aydındır ki, hücum öncədən planlaşdırılıb”, - deyə o əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR