Əbülfəs Qarayev Xırdalanda vətəndaşları qəbul edib

Əbülfəs Qarayev Xırdalanda vətəndaşları qəbul edib
# 06 noyabr 2015 12:54 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xırdalanda Sumqayıt şəhəri, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilan rayonlarından olan vətəndaşları qəbul edib.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Ə Qarayev Xırdalandakı Heydər Əliyev adına mədəniyyət və istirahət parkında həyata keçirilən tikinti quruculuq işləri ilə tanış olub, parkın ərazisində yerləşən Bayraq meydanı, “Park Abşeron” əyləncə mərkəzi, Xırdalan şəhər uşaq musiqi məktəbi və Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkib.

Vətəndaşlarla görüşdə səslənən müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, ixtisaslı kadrlarla təminat, tarix və mədəniyyət abidələrinin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub.

Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində bildirib ki, ölkə başçısının tapşırığı ilə hər ay yerlərdə təşkil olunan görüşlər bir çox məsələlərin operativ həllinə zəmin yaradır. O, vətəndaşların təşəbbüskarlığını yüksək qiymətləndirib, hər görüşdə maraqlı təkliflərin, faydalı təşəbbüslərin irəli sürüldüyünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR