Samir Şərifov: "Neftin dəyəri nəzərdə tutulandan aşağı olduğu təqdirdə alternativ variantlar nəzərdə tutulub"

Samir Şərifov: "Neftin dəyəri nəzərdə tutulandan aşağı olduğu təqdirdə alternativ variantlar nəzərdə tutulub"
# 01 noyabr 2015 15:18 (UTC +04:00)

Bunu “APA-Economics”ə müsahibəsində Maliyyə naziri Samir Şərifov deyib.

2016-cı ilin dövlət büdcəsində neftin baza qiymətinin 50 dollardan götürüldüyünü xatırladan nazir bildirib ki, "qara qızıl"ın dəyərinin nəzərdə tutulandan aşağı olduğu təqdirdə alternativ variantlar nəzərdə tutulub: "Əfsuslar olsun ki, dünya bazarında neftin qiymətləri bizdən asılı deyil. Yəni, bu, dünya bazarında formalaşan bir prosesdir və şübhəsiz ki, bu prosesə uyğun olaraq biz də işlərimizi görməliyik. Neftin qiyməti 50 dollardan aşağı düşsə, bizim büdcəmizdə müəyyən alternativ variantlar nəzərdə tutulub ki, biz bu prosesə də hazır olaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR