Bakıda sərnişin avtobusları ilə bağlı reyd keçirilir

Bakıda sərnişin avtobusları ilə bağlı reyd keçirilir
# 25 fevral 2013 15:04 (UTC +04:00)

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, reylərin keçirilməsində əsas məqsəd sərnişin avtobuslarının qanunla qadağan olunan yerlərdə saxlanmasını aşkar etməkdir. Nərimanov prospektində keçirilən reyd zamanı 2 avtobus sürücüsü müvafiq kateqoriyası, 1 sürücü isə sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etdiyi üçün avtomobillər cərimə meydançasına aparılıb. Bundan başqa, 25 taksi sürücüsü avtobus dayanacağında nəqliyyat vasitəsini saxladığı üçün cərimə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR