Azərbaycan prezidenti İsveçrə nümayəndə heyətini qəbul edib

Azərbaycan prezidenti İsveçrə nümayəndə heyətini qəbul edib
# 12 aprel 2013 14:48 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev aprelin 12-də İsveçrə Konfederasiyasının federal müşaviri və iqtisadi məsələlər, təhsil və tədqiqatlar naziri Yohan Şnayder-Ammanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, isveçrəli nazir Yohan Şnayder-Amman böyük nümayəndə heyəti ilə respublikamıza səfər etməsini ölkəsinin Azərbaycan ilə əməkdaşlığa olan marağının ifadəsi kimi dəyərləndirib. O, ölkələr arasında uzun illər mövcud olan qarşılıqlı əlaqələrin intensiv şəkildə davam etdiyini vurğulayıb. Enerji və qeyri-energetika sektorunda qarşılıqlı sərmayə qoyuluşuna toxunan isveçrəli nazir bu sahədə əməkdaşlığın ölkələr arasında digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi işinə təkan verəcəyinə ümidvar olduğunu bildirib.

Dövlət başçısı Azərbaycanla İsveçrə arasında ikitərəfli əlaqələrin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, qarşılıqlı sərmayə qoyuluşu və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Prezident əlaqələrin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. Ölkələr arasında yaxşı əməkdaşlıq əlaqələrinin mövcud olduğunu vurğulayan dövlət başçısı qarşılıqlı sərmayə qoyuluşu, birgə layihələrin həyata keçirilməsi istiqamətində də yaxşı nəticələrin olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR