Əflatun Amaşov: “2015-ci il Azərbaycan və Türkiyə mətbuatı üçün əlamətdar il olacaq”

Əflatun Amaşov: “2015-ci il Azərbaycan və Türkiyə mətbuatı üçün əlamətdar il olacaq”
# 11 dekabr 2014 07:58 (UTC +04:00)

Bakı - APA. “Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr və ənənəvi mediadan onlayn mediaya keçid” mövzusunda keçirilən konfransda Azərbaycanda keçidin formaları, bu sahədə birgə fəaliyyət, təcrübə mübadiləsinin aparılması və digər məsələlər gündəmə gətiriləcək.

APA-nın xəbərinə görə, bunu konfransdakı çıxışında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Onun sözlərinə görə, qloballaşan dünyada medianın inkişafı sürətlə davam edir: “Azərbaycanda aparılan müşahidələr göstərir ki, bu gün ölkə əhalisinin yarıdan çoxu xəbər portallarını özlərinə əsas informasiya mənbəyi hesab edir. 2020-ci ildə bu faizin 85%-ə çatacağı gözlənilir”.

Ə.Amaşov qeyd edib ki, konfransda növbəti məqsəd Azərbaycan və Türkiyə jurnalistlərinin münasibətlərinin daha da möhkəmlənməsi, üçüncü vacib məsələ türkdilli ölkələrin jurnalist təşkilatları arasında əlaqələri möhkəmləndirməkdir.


Mətbuat Şurasının sədri bildirib ki, Azərbaycan və Türkiyə mətbuatı üçün 2015-ci il daha əlamətdar il olacaq. Onun sözlərinə görə, gələn il erməni yalanlarının yayılmasının kulminasiya nöqtəsi olacaq: “Qndarma “soyqırımı” iddiası ilə çıxış edənlərə qarşı iki ölkənin jurnalistləri birgə mübarizə aparmalı, baş verənləri yenidən araşdırmaq və ictimaiyyəti məlumatlandırmaq üçün çalışmalıdırlar. Bu aspektdən Ermənistan-Azərbaycan münaqişəsini eyni mərkəzdən dünya ictimaiyyətinə çatdıra bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR