Ucarda fermerlərə kənd təsərrüfatı texnikası paylanıb

Ucarda fermerlərə kənd təsərrüfatı texnikası paylanıb
# 01 iyun 2015 10:14 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Kənd təsərrüfatı naziri Heydər Əsədov bu gün Ucar rayonunda “Aqrolizinq” ASC-nin xətti ilə ölkəyə yeni gətirilən kənd təsərrüfatı texnikalarının təqdimatında iştirak edib.

APA-nın yerli bürosunun məlumatına görə, “Aqrolizinq” ASC-nin Ucar rayonlararası təchizat bazasında yeni texnikaları lizinqə götürən fermerlərlə görüşən nazir onların problemləri ilə yaxından tanış olub və texnikalara baxış keçirib. Bildirilib ki, təchizat bazasında kənd təsərrüfatı texnikalarının istismarında lazımı qədər yedək və ehtiyat hissələri var.

Eyni zamanda sahibkarlara bazadan güzəştli qiymətə gübrələr də təqdim olunur. Tədbir çərçivəsində sahibkarlara 3 adda 53 texnika lizinqə verilib. 38 taxıl biçən kombayn, 9 ədəd traktor və 6 ədəd müxtəlif təyinatlı texnikanın sənədləri yerindəcə sahiblərinə təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR