Bu il Azərbaycanda sahibkarlığın güzəştli kreditləşməsi proqnozdan daha artıq ola bilər

Bu il Azərbaycanda sahibkarlığın güzəştli kreditləşməsi proqnozdan daha artıq ola bilər
# 22 fevral 2013 11:12 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib.

Onun sözlərinə görə, SKMF-a geri qaytarılan vəsaitlərin həcmi ilbəil artır və ötən il Fonda 137,4 mln. manat vəsait sahibkarlar tərəfindən geri qaytarılıb: «Cari il ərzində SKMF tərəfindən sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinə 250 mln. manat məbləğində güzəştli kreditlərin verilməsi nəzərdə tutulub. Lakin bu məbləğ minimumdur. Fond tərəfindən əvvəllər verilmiş kreditlər üzrə qaytarılan vəsaitlər hesabına güzəştli kreditlərin ümumi həcmi nəzərdə tutulduğundan daha çox ola bilər. Belə ki, bir çox sahibkarlar aldığı kreditləri vaxtından öncə qaytarır. Bu il 125 mln. manat məbləğində vəsaitin geri qaytarılacağı gözlənilir ki, məbləğ bundan da çox ola bilər».

Ş.Abdullayev onu da bildirib ki, cari ilin ötən dövrü ərzində SKMF tərəfindən sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsinə 52 mln. manat kredit ayrılıb: «Ötən il ərzində Fond tərəfindən sahibkarlara verilən güzəştli kreditlərin 69%-i aqrar sənaye kompleksində həyata keçirilən layihələrə yönəldilib. Bu il ərzində də sözügedən sahə prioritet qalacaq və ümumi kreditlərin 80%-ə yaxın hissəsi məhz aqrar sənaye kompleksinə yönəldiləcək».

Qeyd edək ki, 2012-ci il ərzində SKMF tərəfindən 200 mln. manat güzəştli kreditin verilməsi nəzərdə tutulsa da, əvvəllər verilmiş kreditlər üzrə geri qaytarılan vəsaitlər hesabına güzəştli kreditləşmənin ümumi həcmi nəzərdə tutulduğundan 9% çox olub və 218 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR