Həmid Kərzai Azərbaycana gələcək

Həmid Kərzai Azərbaycana gələcək
# 13 aprel 2015 07:40 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Əfqanıstanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Həmid Kərzai aprelin sonunda Azərbaycana gələcək. Diasporla İş üzrə Dövlət Komitəsindən APA–ya verilən məlumata görə, səfərdə məqsəd komitənin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etməkdir.

“Yeni dünya düzənində etimadın bərpa olunması” mövzusuna həsr olunan forumun ilk günündə H. Kərzainin çıxışı planlaşdırılır.

Xatırladaq ki, aprelin 28-30-da keçiriləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda 40-dan çox ölkə sabiq və indiki prezident, baş nazir və xarici işlər naziri səviyyəsində təmsil olunacaq. Ümumilikdə isə 75 ölkədən 350-dək nümayəndənin iştirakı gözlənilir.

Forum çərçivəsində yeni dünya nizamının başlıca problemləri, Avropa İttifaqı və qonşuluq, enerji təhlükəsizliyi, etimadın qurulmasında dinlərarası dialoq, sülhün qorunmasında qadınların rolu, təhlükəsizliyin təminatında yerli, milli və regional inteqrasiyanın əhəmiyyəti kimi mövzular barədə müzakirələr aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR