Küveyt mətbuatı IV Bakı Beynəlxalq Humanitar Forumu barədə yazıb - FOTOSESSİYA

Küveyt mətbuatı IV Bakı Beynəlxalq Humanitar Forumu barədə yazıb - <span style="color: red;">FOTOSESSİYA
# 13 oktyabr 2014 13:35 (UTC +04:00)

Bakı – APA. Ölkəmizdə keçirilmiş IV Bakı Beynəlxalq Humanitar Forumu bütün dünyada olduğu kimi Küveytdə də böyük əks-səda doğurub.

Azərbaycanın Küveytdəki səfirliyindən APA-ya verilən məlumata görə, Küveytin “Əl-Siyəsə”, “Əl-Ray”, “Əl-Ənba”, “Əl-Qabas”, “Əl-Vasat”, “Əl-Nahar”, “Əl-Cəridə”, “Əl-Vatan”, “Arab Times” və “Kuwait Times” qəzetlərində Forum və onun çərçivəsində keçirilən görüşlər barədə geniş məqalələr yer alıb, KTV-1, KTV-2 və “Əl-Ray” televiziya kanalları isə süjetlər və müsahibələr təqdim edib.

Həmin məlumatlarda Küveyt İdeal Ailə və Ana Cəmiyyətinin prezidenti Şeyxə Fariha Əl-Əhməd Əl-Cabir Əl-Sabahın forumda iştirakı və məruzə ilə çıxışı etməsi, habelə onun Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə görüşü, valideyn himayəsindən məhrum olmuş uşaq evini ziyarət etməsi və Küveyt uşaqları adından kimsəsiz uşaqlara hədiyyələr təqdim etməsi öz əksini tapıb.

Küveytin aparıcı kütləvi informasiya vasitələri, ölkənin ərəb və ingilisdilli qəzetləri, televiziya kanalları IV Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkilini xüsusi vurğulayaraq, forumda 70 ölkədən 800-dən artıq şəxsin, sabiq dövlət başçılarının və baş nazirlərin, Nobel mükafatçılarının, tanınmış ictimai-siyasi xadimlərin və elm adamlarının iştirak etdiyini qeyd ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR