Azərbaycana cəlb edilən xarici kapitalın həcmi 31% artıb

Azərbaycana cəlb edilən xarici kapitalın həcmi 31% artıb
# 01 aprel 2013 12:07 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2012-ci ili üzrə tədiyyə balansında əks olunmuş xaricdən cəlb olunan kapitalın ümumi məbləği 10,6 mlrd. ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ilin göstəricisindən 30,6% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici əsasən ölkəyə cəlb olunmuş birbaşa investisiyalar və xarici kreditlər hesabına formalaşıb:

(mln. dollar)

Cəlb olunan xarici kapitalın strukturu

2011-ci il

2012-ci il

Birbaşa investisiyalar

4 443,9

5 289,4

- neft-qaz sektoru

3 465,6

4 290,0

- digər sektorlar

978,3

999,4

Kreditlər və digər investisiyalar

3 651,0

5 303,5

- dövlət təminatlı kreditlər

1 255,1

1 245,5

- dövlət təminatlı olmayan kreditlər

2 053,1

2 267,1

-- neft-qaz sektoru

706,0

486,0

-- banklar

828,9

1 556,7

-- digərləri

518,2

224,4

- digər investisiyalar

342,8

1 790,9

Neft bonusu

20,0

2,0

CƏMİ

8 114,9

10 594,9

Mərkəzi Bankın tədiyyə balansına dair şərhində deyilir ki, birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 5,3 mlrd. dollar olub və bu investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 81,1% təşkil edir. Cəlb olunmuş sərmayələr iri neft-qaz layihələri, əsasən də «Şahdəniz» və «Azəri-Çıraq-Günəşli» layihələri çərçivəsində görülən işlərin maliyyələşdirilməsi ilə əlaqədar ölkə iqtisadiyyatında istifadə olunub.

Kreditlər və digər investisiyalar formasında cəlb olunan sərmayələrin həcmi illik müqayisədə 45,3% artıb, onların xarici kapitalın strukturunda xüsusi çəkisi isə 5,1 faiz bəndi artaraq 50,1%- çatıb. Cədvəldən göründüyü kimi, artım bank kreditləri və «Digər investisiyalar» təsnifatına aid olan vəsaitlər hesabına baş verib.

Tədiyyə balansına əsasən, əvvəlki dövrlərdə cəlb olunmuş kreditlər üzrə 2 710,3 mln. dollar miqdarında vəsait geri qaytarılıb. Hesabat dövründə qaytarılan kreditlərin 48,4%-i (1 312,5 mln. dollar) bank sistemi, 12,2%-i (330,5 mln. dollar) dövlət və dövlət təminatı əsasında cəlb olunmuş kreditlər, 28,5%-i (772,3 mln. dollar) neft-qaz sektoru, 10,9%-i (295,0 mln. dollar) isə digər müəssisə və şirkətlərin payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR