Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində geniş kollegiya iclası keçirilib - FOTO

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində geniş kollegiya iclası keçirilib - <span style="color: red;">FOTO
# 15 fevral 2013 08:05 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Bu gün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində 2012-ci ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib.

«APA-Economics»in məlumatına görə, iclasda çıxış edən Komitə sədri Qərib Məmmədov bildirib ki, «Torpaq islahatı haqqında» qanuna əsasən, respublikanın 8 641 506 hektar torpaq fondunun 4 913 639 hektarı (56,9%) dövlət mülkiyyətində saxlanılıb, 2 032 744 hektarı (23,5%) bələdiyyə mülkiyyətinə verilib, 1 695 123 hektarı (19,6%) isə özəlləşdirilib.

Ötən il 3 bələdiyyənin mülkiyyətində olan torpaqlara texniki sənədlərin hazırlanmasına dair yer quruluşu işləri, 14 bələdiyyənin mülkiyyətində olan torpaqlara texniki sənədlərin və 504 birləşdirilmiş bələdiyyələrin yeni xəritələrinin hazırlanması işləri həyata keçirilib.

Hesabat ilində Azərbaycanın 19 yaşayış məntəqəsi üzrə vətəndaşların (1 282 ailənin) qanuni istifadəsindəki həyətyanı sahələrin kompleks qaydada, 23 607 vətəndaşın isə fərdi yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyindəki bağların altında olan torpaqların onların mülkiyyətinə verilməsi üçün fərdi qaydada texniki sənədləri (torpaq sahəsinin planı və ölçüsü) hazırlanıb verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR