Xocalı soyqırımı ilə bağlı stendlərə hücum edilməsinə etiraz olaraq Ankara və İstanbulda aksiyalar keçirilib - FOTOSESSİYA

Xocalı soyqırımı ilə bağlı stendlərə hücum edilməsinə etiraz olaraq Ankara və İstanbulda aksiyalar keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 04 mart 2013 07:30 (UTC +04:00)

Bu barədə APA-ya aksiya iştirakçısı, Güney Azərbaycan Milli Oyanış Hərəkatı İdarə Heyətinin üzvü Ağrı Qaradağlı məlumat verib. O bildirib ki, piket Bəyazid meydanında yerli vaxtla saat 13:30-da başlayıb: “Aksiya Ülkü Ocaqları, Turan Birliyi və Güney Azərbaycan Milli Oyanış Hərəkatı tərəfindən təşkil edilib. Bildiyiniz kimi, sıralarında ifrat solçu türklərin, kürdlərin və ermənilərin olduğu bir qrup şəxs Qızılayda Xocalı soyqırımı ilə bağlı qurulmuş stendləri dağıdıb, sonra da imza toplayan dərnək üzvlərinə hücum edib. Nəticədə 7 nəfər yaralanıb. Xocalı soyqırımı ilə bağlı Memar Sinan Universitetində millət vəkili Qənirə Paşayevanın iştirak etdiyi tədbirə də hücum olmuşdu. Aksiya keçirməklə bu hücumlara etiraz edib, Gökbörü Türkçülər Dərnəyini dəstəklədik. Xocalı soyqırımı yalnız Azərbaycana aid deyil. Bu, bəşəriyyətə və insanlığa qarşı cinayətdir. Aksiyamızda “Türkiyə türkdür, türk qalacaq!”, “Qarabağ bizimdir, bizim olacaq!”, “Türkük, türkçüyük, Atatürkçüyük!” kimi şüarlar səsləndirdik. Aksiyamız yerli əhali tərəfindən maraqla qarşılandı. Hətta biz bəyanatı oxuyanda çoxlu sayda insan kənardan alqışlayaraq, bizə dəstək nümayiş etdirdi”.

Ağrı Qaradağlı əlavə edib ki, eyni məqsədlə eyni gündə Ankarada da aksiya keçirilib: “İnsidentin baş verdiyi Qızılay meydanında da yerli vaxtla saat 13:30-da Ülkü Ocaqları, Türk Ocaqları və GAMOH-un təşkilatçılığı ilə piket keçirildi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR