“Unibank” “Albalı plus” istifadəçiləri üçün mobil əlavə hazırlayıb - FOTO

“Unibank” “Albalı plus” istifadəçiləri üçün mobil əlavə hazırlayıb - <span style="color: red;">FOTO
# 09 aprel 2015 08:16 (UTC +04:00)

Bakı - APA-Economics. “Unibank” “Albalı plus” kart sahibləri üçün yeni mobil əlavəsini təqdim edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, mobil əlavənin köməyi ilə kart istifadəçiləri kartları ilə bağlı istənilən məlumatdan cəmi bir neçə dəqiqə ərzində xəbərdar olacaqlar. Əlavənin köməyi ilə bir çox əməliyyatları banka gəlmədən həyata keçirmək, kartın borcunu görmək və ödəmək, taksit borcunu hissələrə bölmək, karta mədaxil olunan məbləğləri, kartla edilən əməliyyatları görmək, “Albalı plus” kartı ilə keçirilən aksiya və kampaniyalar haqqında məlumat almaq, partnyorların siyahısı ilə tanış olmaq mümkün olub.

Həmçinin, bank filiallarını, hətta yaxınlığınızda olan ATM ünvanlarını da mobil əlavədə görmək olar.

“Unibank” tərəfindən məhz müştərilərinin rahatlığı üçün yaradılan yenilikdir. Əlavənin yüklənməsi isə çox asandır. “Play Market” və “App Store”a daxil olub yeni əlavəni mobil telefonunuza pulsuz yükləyə bilərsiniz. Yükləmək üçün aşağıdakı linklərdən istifadə etmək olar:

Android - https://play.google.com/store/apps/details

iOS - https://itunes.apple.com/az/app/albal-plus/id972168616

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, “Unibank”ın saytından (http://www.unibank.az) və yaxud bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR