Banqladeşdə qəza nəticəsində 33 nəfər itkin düşüb

Banqladeşdə qəza nəticəsində 33 nəfər itkin düşüb
# 10 aprel 2013 23:32 (UTC +04:00)

Bakı-APA. Banqladeşin cənubunda Barisal mahalında avtobus çaya düşüb. Bu barədə yerli polisin rəisi Məhəmməd Ehsanulla məlumat verib.

«Biz qorxuruq ki, ən azı 33 sərnişin itkin düşüb… Onların axtarışı və xilas edilməsi əməliyyatı davam edir», deyə Ehsanulla bildirib.

Hadisə avtobus Ranqamatia çayında bərəyə çıxarkən bərəni sahillə bağlayan kəndiri qırması ilə baş verib.

İtən şəxslər axtarılır. Onların güclü axınla aparıla biləcəkləri güman olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR