Yeni doğulmuş uşaqlar üçün yeni avadanlıq və dərmanlar tətbiq ediləcək

Yeni doğulmuş uşaqlar üçün yeni avadanlıq və dərmanlar tətbiq ediləcək
# 06 sentyabr 2016 15:10 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. "Azərbaycanda yeni doğulmuşlarla bağlı əsas problem vaxtından əvvəl doğulan körpələrlə bağlıdır". Səhiyyə Nazirliyinin baş neonatoloqu, Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi Komissiyasının sədri Rüstəm Hüseynov APA-ya açıqlamasında bildirib ki, vaxtından əvvəl eksterimal, çox kiçik olan uşaqlar risk qrupuna aiddir. Onun sözlərinə görə, bundan əlavə, yeni doğulmuşlarda yetkinsizlik, daxili infeksiyalar, ağciyər, ürək-damar xəstəlikləri də riskli hesab olunur.

R.Hüseynov qeyd edib ki, 2015-ci ildən Azərbaycanda diri doğulmanın yeni meyarları da təsdiqlənib: “Buna əsasən hamiləlik müddəti 22 həftədən və doğularkən bədən kütləsi 500 qramdan az olmayan, doğulan zaman bədənin uzunluğu 25 sm və daha çox olan döl diridoğulan hesab olunur. Ötən il 267 belə körpədən 96-sı sağ qalıb. Bu da körpələrin 40%-ni təşkil edir. Bu prosesə ciddi hazırlıqlardan sonra keçilib və nəticələri də uğurludur”.

Baş neonatoloq vurğulayıb ki, yeni doğulmuşlara lazımi tibb yardımın göstərilməsi üçün bütün xəstəxanalar lazımi avadanlıqlarla təchiz edilib. Onun sözlərinə görə, tibb müəssisələrində ana və uşaq sağlamlığı sahəsində təchizat, yeni avadanlıqlar daima artırılır: “Səhiyyə Nazirliyi tərəfindən yeni doğulmuşlar üçün Azərbaycanda olmayan və əvvəllər istifadə edilməyən avadanlıqlar və dərmanlar sifariş verilib. Yenidoğulmuş körpələr üçün bir çox dünya ölkələrində istifadə edilən yeni dərman növləri ölkəmizdə də istifadə ediləcək. Həmin avadanlıqlar dərmanlar Azərbaycana gətiriləndən sonra gələn ildən ölkəmizdə tətbiq olunacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR