Brüsseldə Ukrayna və Avropa İttifaqı arasında təhlükəsizlik sazişi imzalanıb

Aİ Şurasının Prezidenti Şarl Mişel, Ukrayna Prezidenti Vladimir Zelenski, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen

© APA | Aİ Şurasının Prezidenti Şarl Mişel, Ukrayna Prezidenti Vladimir Zelenski, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen

# 27 iyun 2024 17:21 (UTC +04:00)

Brüsseldə Ukrayna və Avropa İttifaqı arasında təhlükəsizlik sazişi imzalanıb.

APA xəbər verir ki, sazişi Ukrayna tərəfindən Prezident Vladimir Zelenski, Aİ tərəfindən isə Aİ Şurasının Prezidenti Şarl Mişel və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen imzalayıb.

Şarl Mişel "X" hesabında bildirib ki, sazişdəki öhdəliklər Ukraynaya özünü müdafiə etməyə, sabitliyin pozulmasına qarşı durmağa və gələcək təcavüz aktlarının qarşısını almağa kömək edəcək.

"Bu, Aİ-nin Ukraynanı uzun müddət dəstəkləməkdə sarsılmaz qətiyyətinin daha konkret sübutudur", - Şarl Mişel əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR