Bank Of Baku

Tramp: ABŞ nümayəndə heyəti İranla danışıqlar aparmaq üçün Pakistana yola düşüb

ABŞ Prezidenti Donald Tramp

© APA | ABŞ Prezidenti Donald Tramp

# 20 aprel 2026 17:48 (UTC +04:00)

ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti İranla danışıqlar aparmaq üçün Pakistana yola düşüb.

Bu barədə ABŞ Prezidenti Donald Tramp "The New York Post" qəzetinə bildirib.

O qeyd edib ki, İranla danışıqlar aparacaq ABŞ nümayəndə heyətini daşıyan təyyarə bir neçə saat ərzində İslamabada eniş edəcək.

ABŞ Prezidenti Vensdən başqa xüsusi nümayəndə Stiv Uitkoff və Cared Kuşnerin də nümayəndə heyətində təmsil olunduğunu qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR