ABŞ Prezidenti Donald Tramp Fransada baş verən iğtişaşlar fonunda Parisə sərhədləri bağlamağı və nəzarəti bərpa etməyi çağırıb.
APA xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasında yazıb.
O, Fransadakı vəziyyətə görə miqrasiyanı günahlandıraraq ölkənin “dağıldığını” iddia edib.
"Miqrantlar Fransanı ələ keçiriblər. Onlar sərhədləri təcili bağlamalıdırlar", - Tramp vurğulayıb.