Bank Of Baku

Tramp İran nümayəndələri ilə görüşə bilər

ABŞ prezidenti Donald Tramp

© APA | ABŞ prezidenti Donald Tramp

# 12 yanvar 2026 07:34 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp Tehranın nüvə proqramını müzakirə etmək üçün İran nümayəndələri ilə görüşə bilər.

APA xəbər verir ki, bu barədə ABŞ prezidenti jurnalistlərə açıqlaması zamanı məlumat verib.

O bildirib ki, yanvarın 10-da İran rəhbərliyinin nümayəndələrinin görüşlə bağlı onunla telefon danışığı baş tutub.

"Görüşdən əvvəl hərəkətə keçməli ola bilərik. Görüş təşkil olunmaq üzrədir. İrandan zəng ediblər. Onlar danışıqlar aparmaq istəyirlər", - Tramp deyib.

Agentliyin məlumatına görə, Tramp bildirib ki, Vaşinqton İranın müxalif qüvvələri ilə də əlaqə saxlayır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR