ABŞ prezidenti Donald Tramp Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan Məkkə Müştərək Müdafiə Sazişini böyük, cəsarətli və mühüm ilk addım adlandırıb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, Tramp sazişdən məmnunluğunu ifadə edərək üç ölkənin liderlərini təbrik edib.
O anlaşmanın Yaxın Şərqin bir araya gəldiyini göstərdiyini bildirib.
Tramp həmçinin sazişin ölkələrin özlərini daha güclü şəkildə müdafiə etmələrinə imkan yaradacağını qeyd edib.