ABŞ Prezidenti Donald Tramp "NBC News" telekanalına verdiyi müsahibəni emosional şəkildə yarımçıq dayandıraraq aparıcı Kristen Uelkeri qərəzli olmaqda ittiham edib.
APA xəbər verir ki, Tramp iyunun 2-də Kaliforniya ştatında keçirilmiş ilkin seçkilərdən danışarkən səslərin hələ də sayıldığını qeyd edib və bu səbəbdən yerli hakimiyyəti korrupsiyada ittiham edib.
Aparıcının onun qiymətləndirmələri ilə razılaşmamasına cavab olaraq Tramp Uelkeri qərəzli olmaqda ittiham edib.
“Onlara dəstək verirsiniz. Bu seçkilərin saxtalaşdırıldığını siz də bilirsiniz, telekanalınız da bilir. Siz bilirsiniz ki, mən 2024-cü il seçkilərində böyük seçici dəstəyi ilə qalib gəlmişəm. Amma mediada yayımlanan materialların 94 faizi mənfi olub, çünki siz etibarınızı itirmisiniz”, – deyə Tramp bildirib.
ABŞ prezidenti "NBC News"la yanaşı, ABC, CBS və CNN telekanallarını da qərəzli olmaqda günahlandırıb.
“Gəlin burada bitirək, bəsdir. Təşəkkür edirəm, əzizim, hər şey yaxşı olsun”, – deyən Tramp pencəyindən mikrofonu çıxararaq yerə atıb.