Paşha Bank
Bank Of Baku

Tramp: Polşada ABŞ hərbi bazasının yaradılması nəzərdən keçirilir

Tramp: Polşada ABŞ hərbi bazasının yaradılması nəzərdən keçirilir
# 02 oktyabr 2026 00:32 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp Polşada Amerika hərbi bazasının yaradılmasının mümkün olduğunu bildirib.

APA xəbər verir ki, Tramp bunu Ağ Evin Cənub çəmənliyində jurnalistlərin suallarını cavablandırarkən deyib.

ABŞ Prezidenti məsələnin nəzərdən keçirildiyini və hərbi bazanın yaradıla biləcəyini bildirib. O, bununla bağlı yekun qərarın qəbul edilib-edilmədiyini açıqlamayıb.

Bundan əvvəl Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış daimi ABŞ hərbi bazasının yaradılmasının Birləşmiş Ştatların milli təhlükəsizlik strategiyasına daxil edildiyini bildirmişdi.

İyunun 3-də Kosinyak-Kamış Pentaqon rəhbəri Pit Heqsetə Polşada daimi ABŞ hərbi bazasının yaradılması ilə bağlı rəsmi təklif təqdim edib. Sentyabrın əvvəlində isə ABŞ nümayəndə heyəti Polşaya səfər edərək hərbi baza üçün potensial ərazilərə baxış keçirib.

Polşanın müdafiə naziri daha əvvəl bazaya Donald Trampın adının verilə biləcəyini də istisna etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR