Bank Of Baku

Tramp respublikaçıların seçkilərdəki məğlubiyyətini özünə qarşı zərbə hesab etmir

ABŞ Prezidenti Donald Tramp

© APA | ABŞ Prezidenti Donald Tramp

# 04 noyabr 2026 10:09 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının Konqresə keçirilən aralıq seçkilərdəki məğlubiyyətini öz prezidentliyinə qarşı etimadsızlıq kimi qiymətləndirmədiyini bildirib.

APA xəbər verir ki, Tramp “Fox News” telekanalına canlı telefon müsahibəsində seçkilərin nəticələrini özünə qarşı zərbə hesab etmədiyini vurğulayıb.

“Lakin mən bunu özümə qarşı zərbə kimi qiymətləndirmirəm. İqtisadiyyat və həyata keçirdiyimiz bütün işlər baxımından prezidentlik tarixində ən uğurlu iki ili yaşamışıq”, – Tramp iddia edib.

ABŞ Prezidenti Amerika xalqına son mesajının nə olduğu barədə suala cavab verərkən rəqib Demokratlar Partiyasını təbrik edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR