İran-Azərbaycan sərhədindəki “Aslanduz” sərhəd-keçid məntəqəsi yenidən açılır

İran-Azərbaycan sərhədindəki “Aslanduz” sərhəd-keçid məntəqəsi yenidən açılır
# 11 mart 2013 09:48 (UTC +04:00)

APA-nın “Arannews”a istinadən məlumatına görə, bunu İranın Ərdəbil vilayətinin valisi Əkbər Nikzad bildirib.

Onun sözlərinə görə, “Aslanduz” sərhəd-keçid məntəqəsinin açılması İran-Azərbaycan münasibətlərinin səviyyəsinin yüksəlməsinə və sərhəd bölgəsində yaşayan əhalinin iqtisadi rifahına kömək edəcək: “Aslanduz” sərhəd-keçid məntəqəsinin açılması iki ölkə arasında münasibətlərin genişlənməsi ilə yanaşı, İranla Azərbaycan arasında ticarət dövriyyəsinin artmasına da təsir göstərəcək”.

Ə.Nikzad həmçinin Parsabad və Biləsuvar şəhərlərinin “Araz” Azad Ticarət Zonasına qoşulmasının zəruri olduğunu söyləyib: “Bu istiqamətdə müsbət addımlar atılıb. İki sərhəd şəhərinin “Araz” Azad Ticarət Zonasına qoşulmasından sonra bölgədə böyük iqtisadi inkişafın şahidi olacağıq”.

Qeyd edək ki, Parsabad Ərdəbil vilayətinin şimalında yerləşir və Azərbaycan Respublikası ilə təxminən 100 kilometr ortaq quru və su sərhədinə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR