Penitensiar sistemə nəzarət üzrə İctimai Komitənin səlahiyyət müddəti başa çatır

Penitensiar sistemə nəzarət üzrə İctimai Komitənin səlahiyyət müddəti başa çatır
# 07 fevral 2013 10:43 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə naziri yanında penitensiar sistemə nəzarət üzrə İctimai Komitənin səlahiyyət müddəti martın 1-də başa çatacaq.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məhkumların islah edilməsində və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsində ictimaiyyətin iştirakını təmin edən İctimai Komitənin bir illik səlahiyyət müddətinin bu il martın 1-də başa çatması ilə əlaqədar yeni tərkibinin formalaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, komitə üzvləri bir il müddətinə seçilirlər. Onların heç bir xəbərdarlıq etmədən, günün 24 saatı ərzində Azərbaycanda olan istənilən cəzaçəkmə müəssisəsinə daxil olmaq və istədiyi məhbusla görüş, monitorinq keçirmək hüquqları var. İctimai Komitənin hazırkı tərkibinə bir sıra hüquq müdafiəçiləri və digər şəxslər daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR