Qubada ər arvadını bıçaqlayıb

Qubada ər arvadını bıçaqlayıb
# 22 aprel 2013 06:45 (UTC +04:00)
APA-nın şimal bürosunun məlumatına görə, Quba rayonunun Caqacuq kənd sakini, 36 yaşlı Cəfərova Rəmziyyə Camal qızı ötən gün axşam saatlarında bıçaqlanıb.

Dərhal Quba Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilən R. Cəfərova əməliyyat olunub, vəziyyətinin ağır olduğu bildirilir.

Quba Rayon Polis Şöbəsindən verilən məlumata görə, R. Cəfərovanı həyat yoldaşı Zaur Cəfərov bıçaqlayıb. Hadisə ailə münaqişəsi zəminində baş verib. Həyat yoldaşını bıçaqlayan Zaur Cəfərov artıq saxlanılıb. Hadisəni törədərkən onun sərxoş vəziyyətdə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR